Papiros və siqaretləri avtomobildə gizlətdi

Hit: 187
Papiros və siqaretləri avtomobildə gizlətdi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsində sağ və sol ayaq yerlərinin içərisindən gömrük nəzarətindən gizlədilmiş 1675 ədəd "Belomorkanal" markalı papiros və 13960 ədəd "Heets" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi