Cibgirlik edən şəxs saxlanılmışdır

Hit: 192
Cibgirlik edən şəxs saxlanılmışdır

Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılmışdır.

Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun “Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılmışdır.









Redaktorun seçimi