Tanınmış jurnalist onkologiyada əməliyyat olundu

58 dəfə oxunub
Tanınmış jurnalist onkologiyada əməliyyat olundu

Tanınmış jurnalist, “İki sahil” qəzetinin şöbə müdiri Elçin Zaman Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, jurnalistin döş qəfəsində aşkarlanan şiş əməliyyatla götürülüb. Əməliyyatı mərkəzin Torakal şöbəsinin müdiri, təcrübəli cərrah onkoloq tibb elmləri doktoru, professor Əbülfəz Soltanov uğurla başa çatdırıb.

Elçin Zamanın sözlərinə görə, bundan sonra tibbi müayinə və müalicə proseslərinin davam etdirilməsi nəzərdə tutulub.

Jurnalist bildirib ki, vəziyyəti qənaətbəxşdir.



Redaktorun seçimi