Avtomobildə gizlədilən siqaretlər aşkarlandı

Hit: 247
Avtomobildə gizlədilən siqaretlər aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil gömrük nəzarəti zonasına daxil olarkən şifahi, elektron və yazılı bəyannamə təqdim etməyib.

Nəqliyyat vasitəsinə gömrük baxışı zamanı minik maşınının ön sağ təkərinin üzərindəki qanadın içərisində olan zavod konstruksiyasındakı, yük yerinin daxilində - yanacaq çəni ilə oturacağın arasında və mühərrik olan hissədəki boşluqlardan gömrük nəzarətindən gizlədilən 3800 ədəd "Parliament super slim" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 








Redaktorun seçimi