Paytaxtda çoxmərtəbəli binada yanğın - 2 nəfər zəhərləndi, 15 nəfər...

45 dəfə oxunub
Paytaxtda çoxmərtəbəli binada yanğın - 2 nəfər zəhərləndi, 15 nəfər...

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 12 m² sahədə əriyib.

Faktor.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib (ilkin tibbi yardım göstərilib), 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

19:58

Paytaxtın Nizami rayonunda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Faktor.az-a bildiriblər ki, binanın doqquzuncu mərtəbəsində üçotaqlı mənzildə qeydə alınan yanğının qarşısını Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb. Əlavə məlumat veriləcək.



Redaktorun seçimi