Toyda sözləri çəpləşdi, qonşusunu bıçaqladı

Hit: 324
Toyda sözləri çəpləşdi, qonşusunu bıçaqladı

Göyçay rayonunda qəsdən bədənə ağır xəsarət yetirməkdə təqsirli bilinən Çingiz Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Faktor.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası oktyabr ayının 10-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Göyçayın Ləkçiplaq kəndində baş verib. Rayondakı restoranların birində keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib. Mərasim iştirakçıları qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib.
Ç.Səmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.









Redaktorun seçimi