Narkotiki təbliğ edən həbs edildi

Hit: 304
Narkotiki təbliğ edən həbs edildi

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılmışdır.
DİN-dən verilən məlumata görə, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilmiş və o, saxlanılmışdır. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0,335 qram marixuana aşkar edilmişdir.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. O, Məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilmişdir.









Redaktorun seçimi