Bakıda sərnişin avtobusu qəzaya düşdü

28 dəfə oxunub
Bakıda sərnişin avtobusu qəzaya düşdü

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Faktor.az-a verdiyi məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.

Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.



Redaktorun seçimi