Sükan arxasında sürücünün ürəyi dayandı

Hit: 221
Sükan arxasında sürücünün ürəyi dayandı

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunda qeydə alınıb. 

Rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Elçin Oqtay oğlu idarə etdiyi “VAZ 21010” markalı avtomobillə hərəkətdə olarkən, ürək tutmasından sükan arxasında ölüb. 

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi