Pirotexniki vasitələri avtomobildə gizlətdi

Hit: 225
Pirotexniki vasitələri avtomobildə gizlətdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz -21074" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Komitədən verilən məlumata görə,sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə "Buran" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının sol tərəf arxa və ön qapılarının, yanacaq çəninin içərisində 1120 ədəd üzərində "Mega Black Devil" yazısı olan pirotexniki vasitələr aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi