Şəkidə bir yaşlı uşaq su vedrəsinə düşdü, vəziyyəti ağırdır

Hit: 457
Şəkidə bir yaşlı uşaq su vedrəsinə düşdü, vəziyyəti ağırdır
Şəkidə bir yaşlı körpə su vedrəsinə düşüb.
 
Faktor.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Sucma kəndində baş verib. Belə ki 2018-ci il təvəllüdlü Əhmədova Nuranə Nofəl qızı oynayarkən ehtiyatsızlıqdan icərisində su dolu vedrəyə başı aşağı düşüb. Uşaqda boğulma əlamətləri olub. Onu yaxınları Rayon Mərkəzi xəstəxanasına çatdırıblar.
 
Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən N.Əhmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi