Gənc oğlan ağacdan yıxıldı, vəziyyəti ağırdır

34 dəfə oxunub
Gənc oğlan ağacdan yıxıldı, vəziyyəti ağırdır

 

Zaqatalada ağacdan yıxılan gənc ağır xəsarət alıb.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Faldar kənd sakini 1990-cı il təvəllüdlü Əliyev Samir Mustafa oğlu  ağacdan yıxılıb. O, Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxanada ona sağ biləyinin, fəqərənin və sağ daban sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta ağır qiymətləndirilir.

S.Əliyevin müalicəsi xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir.

 



Redaktorun seçimi