Bakıda qadının sükan arxasında halı pisləşdi - Hərəkətdə olan maşından çıxardılar

Hit: 256
Bakıda qadının sükan arxasında halı pisləşdi - Hərəkətdə olan maşından çıxardılar

Bakıda vəziyyəti pisləşən xanım sürücü xilas edilib. 

Faktor.az baku.ws-ə istinadən bildirir ki, hadisə "Əhmədli" metro stansiyasının yaxınlığında baş verib.

Hadisə şahidlərinin redaksiyamıza verdiyi məlumata görə, xanım sürücünün sükan arxasında qəfil halı pisləşib. Onun köməyinə isə PPX və sakinlər gəlib. 

Polis ətrafdakıların köməyi ilə hərəkətdə olan avtomobili saxlayıb və içərisindəki sürücü çıxarılıb. 









Redaktorun seçimi