Bakıda "KamAz" 54 yaşlı piyadanı vurub öldürdü

45 dəfə oxunub
Bakıda "KamAz" 54 yaşlı piyadanı vurub öldürdü

Bakıda yük maşını piyadanı vurub.

Faktor.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Z. Bünyadov prospektində baş verib.

Bakı şəhər sakini, Məmmədov Nazim Salman oğlu idarə etdiyi "KamAz" markalı qoşqulu yük avtomobili ilə yolun qadağan olunmuş hissəsindən keçən piyada, 1965-ci il təvəllüdlü Yelşeviç Yuriy Aleksandroviçi vurub.

3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılan piyada orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.



Redaktorun seçimi