Narkotik vasitələrin satışı ilə məşğul olan Bərdə rayon sakini saxlanılıb

Hit: 180
Narkotik vasitələrin satışı ilə məşğul olan Bərdə rayon sakini saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Nərimanov rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Akif Məmmədov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 9,780 qram narkotik vasitə olan hheroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Akif Məmmədovun yaşadığı evdən yüksək təsirdici xassəyə malik ümumi çəkisi 1 kiloqram 100 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyinui bildirib.
Faktla bağlı Akif Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.









Redaktorun seçimi