Bərdədə yol kənarında dayanan piyadanı avtomobil vurdu

Hit: 251
Bərdədə yol kənarında dayanan piyadanı avtomobil vurdu

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Həzi Aslanov küçəsində  "Opel" markalı minik avtomobili yol kənarında dayanan rayon sakini Kənan Nəsirovu vurub.

Ağır xəsarət alan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.









Redaktorun seçimi