2,5 kiloqram heroin olan bağlama aşkar edilib

Hit: 261
2,5 kiloqram heroin olan bağlama aşkar edilib

Sentyabrın 18-də Astara Rayon Polis Şöbəsinə Məcitməhəllə kəndi ərazisində İran vətəndaşının dövlət sərhəddini pozduğuna görə saxlanılarkən mühəndis texniki çəpərdən bir nəfərə bağlama atması barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olmuşdur.
Astara RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə həmin şəxsin Astara şəhər sakini D.Hüseynov olması müəyyən edilmişdir.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə o, polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırmalarla D.Hüseynovun həmin bağlamanı saxlamaq üçün həmyerlisi B.Əliyevaya verməsi müəyyən edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyevanın yaşadığı evin həyətinə baxış zamanı oradan torpağa basdırılmış, içərisində 2,5 kiloqram heroin olan bağlama aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.









Redaktorun seçimi