Polşa vətəndaşı Şəkidə qəzaya düşdü

Hit: 243
Polşa vətəndaşı Şəkidə qəzaya düşdü

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qoxmuq kəndi ərazisində, Şəki-Qax avtomobil yolunda qeydə alınıb. 

Hərəkətdə olan "Moskviç" markalı maşın motosikletlə toqquşub.

Qəza zamanı motosikletin sürücüsü - Polşa vətəndaşı, 30 yaşlı Daniel Niçininski Mateov xəsarət alıb. Yaralı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Fakt araşdırılır.









Redaktorun seçimi