Kürdəmirdə peşəkar oğru tutuldu

Hit: 278
Kürdəmirdə peşəkar oğru tutuldu

Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşamış peşəkar oğru saxlanılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olmuş, 1989-cu il təvəllüdlü Allahverdiyev Fərid Zabit oğlu saxlanılıb.

F.Allahverdiyev bu ilin sentyabr ayı ərzində rayonda üç oğurluq hadisəsi törədib.

 

Belə ki, o sentyabr ayı ərzində rayonun Qaraqocalı kənd sakini Əhmədov Cəlal Ağaqulu oğluna məxsus evdən 1910 manat nəğd pul, rayonun 20 yanvar küçəsində, ev 28-də yaşayan Şahbazova Xalidə Ağaməşədi qızına məxsus evdən qızıl dəstləri və 30 manat pul, həmin küçədə yaşayan Məhərrəmova Zümrüd Həsən qızına məxsus evdən müxtəlif növ məişət avadanlıqları və yataq dəstlərini oğurlayıb.

F.Allahverdiyev ilk dindirmə zamanı həmin ünvanlardan oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllərdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 11 il 6 ay həbs həyatı yaşayıb. 

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi