Bakının mərkəzində qadına bıçaq çəkdilər

Hit: 195
Bakının mərkəzində qadına bıçaq çəkdilər

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Cəlilabad rayon sakini olan qadın sentyabrın 16-da axşam saatlarında bir nəfərin onu döydüyünü, habelə bıçaqla hədələyib 60 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Rzayev saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi