İşlədiyi şirkətin 74 min manatını mənimsəyən şəxsə 8 il cəza verildi

27 dəfə oxunub
İşlədiyi şirkətin 74 min manatını mənimsəyən şəxsə 8 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən 1981-ci il təvəllüdlü Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin bilet satışından gələn 74 min manat gəliri mənimsəyib ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. V.Məcid barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və məbləğin 30 min manat olduğunu bildirib.

 

 



Redaktorun seçimi