Cəlilabadda piyada qadını avtomobil vuraraq öldürdü

Hit: 213
Cəlilabadda piyada qadını avtomobil vuraraq öldürdü
Bu gün Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, piyada qadını avtomobil vuraraq öldürdü.
 
Hadisə bu gün axşam saatlarında rayonun Qarazəncir kəndi ərazisində baş verib. Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Əhmədova Füruzə Müzəffər qızı yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılarkən yolda keçinib. 
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi