Sabirabadda yaşlı kişinin meyiti evindən tapıldı

Hit: 248
Sabirabadda yaşlı kişinin meyiti evindən tapıldı

Sabirabadda yaşlı kişinin meyiti evindən tapılıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Sabirabad şəhərindəki Məmməd Xəlilov küçəsində yaşayan 1945-ci il təvəllüdlü Gözəlov Eldar Mənsim oğlunun meyiti evində aşkar edilib. 

Onun bir gün əvvəl dünyasını dəyişdiyi bildirilir. 

İlkin məlumata görə, üzərində hər hansı bir zorakılıq əlaməti olmayıb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi