Bakıda "Maserati"nin vurduğu piyada öldü

Hit: 388
Bakıda "Maserati"nin vurduğu piyada öldü
Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
 
Metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub.
 

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.

 









Redaktorun seçimi