SABİRABAD SAKİNİNDƏN NARKOTİK GÖTÜRÜLÜB

Hit: 297
SABİRABAD SAKİNİNDƏN NARKOTİK GÖTÜRÜLÜB

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Poladtuğay kənd sakini 47 yaşlı Elşən Məmmədov saxlanılıb.

PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və yaşadığı evdən isə ümumi dəyəri 120 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi