Salyanda azyaşlı uşağı maşın vurdu

Hit: 187
Salyanda azyaşlı uşağı maşın vurdu
Salyanda avtomobil azyaşlı uşağı vurub.
 
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Noxudlu kənd ərazisində baş verib.
 
Arbatan kənd sakini, 2016-cı il təvəllüdlü Hüseynova Leyla İsrafil qızı yolda qaçmaq istəyən zaman minik avtomobili vurub.
 
Yüngül xəsarətlər alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi