Qaxda 17 yaşlı yeniyetmə bıçaqlandı

Hit: 184
Qaxda 17 yaşlı yeniyetmə bıçaqlandı
Qax rayonunda 17 yaşlı gənc bıçaqlanıb.
 
Hadisə axşam saatlarında rayon ərazisində baş verib.
 
Belə ki, rayon sakini 17 yaşlı Rəşid Məmmədzadə bıçaqlanma əlamətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.
 
R.Məmmədzadəyə sol budun arxa nahiyəsinin 5 və 6 mm-lik kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub, vəziyyəti kafidir.
 
17 yaşlı gəncin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması araşdırılır.








Redaktorun seçimi