Səksən yaşlı kişi ehtiyatsızlıqdan ayağını doğradı

Hit: 195
Səksən yaşlı kişi ehtiyatsızlıqdan ayağını doğradı

Göygöl sakini ehtiyatsızlıqdan ayağını doğrayıb. 

Hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində baş verib.

1939-cu il təvəllüdlü Hüseynov Müzəffər Səfər oğlu həyətdə iş görərkən kəsici alətlə ayağını doğrayıb.

Xəsarət alan  kisi Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Səksən yaşlı kişi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma  başlanılıb.









Redaktorun seçimi