Bakıda 41 yaşlı kişi dişini çəkdirərkən öldü

Hit: 64
Bakıda 41 yaşlı kişi dişini çəkdirərkən öldü

Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini  Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən  dünyasını dəyişib.

1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib.

A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti  iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.

Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.







Redaktorun seçimi