Şirvanda 39 yaşlı kişi meyiti tapıldı

Şirvan şəhərinin Dəmiryolu küçəsində kişi meyiti tapılıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, ölən şəxs Şirvan şəhər sakini, 1980-cı il təvəllüdlü İsayev Vaqif Vahid oğludur.
Onun meyiti müayinə olunmaq üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.


