Sumqayıtda qadını maşın vurdu - Xəstəxanada öldü

43 dəfə oxunub
Sumqayıtda qadını maşın vurdu - Xəstəxanada öldü

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi "Ford" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən həmyerlisi Ədilə Quliyevanı vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib.

Faktla bağılı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.



Redaktorun seçimi