Bakının mərkəzində 6 otaqlı ev yandı

21 dəfə oxunub
Bakının mərkəzində 6 otaqlı ev yandı

Bakı şəhərinin Nərimanov rayonunda ev yanıb.

Faktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 98 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Redaktorun seçimi