Xaçmazda ağır qəza: - bir ailənin 5 üzvü xəsarət alıb

38 dəfə oxunub
Xaçmazda ağır qəza: - bir ailənin 5 üzvü xəsarət alıb

Bu gün günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az APA-ya istinadən xəbər verir ki,  Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində Qəhrəman Qasımovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZel” markalı yük avtomaşını toqquşub. 

Qəzada xəsarət alan Siyəzən rayon sakinləri - 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-cü il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu Xaçmaz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar bir ailənin üzvləridir. 

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi