Filippin vətəndaşı Bakıda mənzil soydu

18 dəfə oxunub
Filippin vətəndaşı Bakıda mənzil soydu
Bakıda mənzil soymaqda şübhəli bilinən Filippin vətəndaşı saxlanılıb.
 
Bu barədə  Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
 
Əməliyyatçılar tərəfindən 1980-ci il təvəllüdlü Soayqan Qrinfilds Domaquem saxlanılıb. Qadın 29 yaşlı Bakı sakini Cəfər Məmmədovun evində xidmətçi işləyib.
 
Bir müddət əvvəl Oxu.Az xəbər vermişdi ki, Səməd Vurğun küçəsində yaşayan C.Məmmədov 18 iyul tarixində polisə şikayət edərək evindən səkkiz min manatlıq zinət əşyasının yoxa çıxdığını bildirmişdi. O, oğurluğu xidmətçinin törətdiyindən şübhələnirdi.
 
Soayqan isə mənzildən pul yoxa çıxdıqdan sonra işə gəlməyib. Onu kirayədə yaşadığı mənzildə saxlayıblar. Xarici vətəndaşa qarşı Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb.



Redaktorun seçimi