Avtoxuliqanlıq edən sürücünü saxlanılıb - VİDEO

Hit: 695
Avtoxuliqanlıq edən sürücünü saxlanılıb - VİDEO

Bakıda avtoxuliqanlıq edən 17 yaşlı gənc məhkəmə tərəfindən cəzalandırılıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, 99 RT 100 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobilin sürücüsü Rüfət Mustafazadə Neftçilər prospektində avtoxuliqanlıq hərəkətləri edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının baş inspektoru Fariz Əliyev tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri digər avtomobildə olan qızlar tərəfindən çəkilərək sosial şəbəkələrdə yayılıb. Eyni zamanda “Təhlükəsiz şəhər” kameraları vasitəsilə aşkarlanmış görüntülər və toplanmış materiallar Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına görə, sürücülük hüququ olmayan17 yaşlı Rüfət Mustafazadə 800 manat məbləğində cərimə olunub.

O, əməlindən peşman olduğunu bildirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov sürücü ilə söhbətində ona tövsiyələr verib. Bildirib ki, kiçik bir xəta ağır nəticələrə səbəb ola bilir.

Vaqif Əsədov onu da əlavə edib ki, sosial şəbəkələrdə yayılan bütün qayda pozuntularına aid materiallar yol polisi tərəfindən araşdırılır və müvafiq tədbirlər görülür.









Redaktorun seçimi