Salyanda 38 yaşlı fermeri “moyka”da elektrik cərəyanı vurdu

Salyan rayonunun Seyidlər kəndində bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, fermer təsərrüfatının sahibi olan 1981-ci il təvəllüdlü Əzizov Fərəc Əziz oğlunu kənddəki maşın yuma sexində ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.


