Bakıda intihara cəhd edən adam fikrindən daşındı

Hit: 188
Bakıda intihara cəhd edən adam fikrindən daşındı

Bakıda bir nəfər intihara cəhd edib.

Faktor.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimonov rayonunda baş verib.

Belə ki, bir nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.









Redaktorun seçimi