Şəmkirdə yanğın zamanı bir uşaq ölüb

Hit: 528
Şəmkirdə yanğın zamanı bir uşaq ölüb
Şəmkirdə yaşayış evində yanğın baş verib.
 
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görəadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Ümumi sahəsi 30 kvm olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomoibli və canlı qüvvəsi cəlb olunub.
 
Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu yanaraq ölüb. Onun anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Verilən məlumata görə, M.Məsimova həyat yoldaşından boşandıqdan sonra 2 yaşlı övladı ilə atası evində qalırmış. 

Faktla bağlı araşdırma aparılır.

 









Redaktorun seçimi