Kürdəmirdə maşın işıq dirəyini aşırdı

Hit: 196
Kürdəmirdə maşın işıq dirəyini aşırdı

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, rayonun Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Xəsarət alan olmasa da, işıq dirəyi aşıb, həmçinin nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi