Qaxda hamilə qadın özünü öldürmək istədi

Hit: 295
Qaxda hamilə qadın özünü öldürmək istədi

Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.

Gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb. 

Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilməş yaraları diaqnozu qoyulub. Hal-hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir.

Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib: "Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb atası evinə gəlib".

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi