18 yaşlı piyada yolu keçmək istədi, "VAZ"a hədəf oldu

Hit: 92
18 yaşlı piyada yolu keçmək istədi, "VAZ"a hədəf oldu

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.

Yolun qarşı tərəfinə keçmək istəyən kənd sakini, 2001-ci il təvəllüdlü Rauf Hümbətovu "VAZ 2109" markalı maşın vurub.

Yaralı əvvəl Tərtər rayon, sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi