56 yaşlı kişi sirkə turşusu içib intihar etdi

Hit: 192
56 yaşlı kişi sirkə turşusu içib intihar etdi
Masallının 56 yaşlı sakini sirkə turşusu içərək özünü öldürüb.
 
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Masallı şəhərində yaşayan Əliyev Mübariz Zülfüqar oğlu evində sirkə turşusu içərək həyatına son qoymaq istəyib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 56 yaşlı kişi 3-4 saatdan sonra reanimasiya şöbəsində dünyasını dəyişib.
 
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi