“Hyundai” yandı, sürücü hadisə yerində öldü

Hit: 168
“Hyundai” yandı, sürücü hadisə yerində öldü
Abşeron rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
 
Qəza avqustun 15-də saat 5 radələrində qeydə alınıb. 
 
Bakı şəhər sakini Sənan Xəlili idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən, Şamaxı rayon sakini K.Musayevin idarə etdiyi “Tatra” markalı (yük) avtomobilə vurub və zərbədən “Hyundai” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib.
 
Nəticədə S.Xəlili hadisə yerində ölüb, mühərrikin yanar konstruksiyaları yanıb.
 
Abşeron RPİ tərəfindən araşdırma aparılır.








Redaktorun seçimi