Nəsimi polisi silsilə oğurluq və dələduzluq edən şəxsi saxladı

Hit: 124
Nəsimi polisi silsilə oğurluq və dələduzluq edən şəxsi saxladı

6 avtomobildən və 1 mağazadan oğurluq, həmçinin bir nəfərə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 avtomobildən pul, mobil telefon, gümüş üzük, geyim əşyası, qaldırıcı qurğu, habelə 1 mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlaması, həmçinin bir nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.









Redaktorun seçimi