Oğuzda bıçaqlanma - Bir nəfər öldü

Hit: 535
Oğuzda bıçaqlanma - Bir nəfər öldü

Oğuzda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Bucaq kəndində qeydə alınıb.

Rayon sakini, 45 yaşlı Siyavuş İslamov və Şəki sakini Elnur Məmmədov arasında düşən mübahisə sonda qanla bitib.

Nəticədə bir bıçaq yarası alan S.İslamov hadisə yerində ölüb. Cinayəti törədən E.Məmmədov saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi