Ərəb turist Bakı bulvarında öldü

33 dəfə oxunub
Ərəb turist Bakı bulvarında öldü

Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.

Faktor.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun "qafqazinfo"ya verdiyi məlumata görə, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.

"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.

P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.



Redaktorun seçimi