87 yaşlı kişi eyvandan yıxılıb öldü

Hit: 254
87 yaşlı kişi eyvandan yıxılıb öldü

Ötən gün Bakıda 87 yaşlı kişi eyvandan yıxılaraq ölüb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, hadisə Nərimanov rayonu, Təbriz küçəsi, 17 ünvanında baş verib. 

Dördmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1932-ci il təvəllüdlü Əhmədov Oqtay Abbasqulu oğlu ehtiyatsızlıqdan eyvandan yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi