Müşfiqdə ağır qəza - ölən və yaralananlar var

219 dəfə oxunub
Müşfiqdə ağır qəza - ölən və yaralananlar var

Müşfiq qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, içərisində 5 nəfərin olduğu minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Xəsarət alanlar - 1948-ci il təvəllüdlü Abdullayeva Zenfira Tarix qızı və onun nəvəsi, 2005-ci il təvəllüdlü Həsənova Rəqsanə Fəzail qızı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.



Redaktorun seçimi