Samuxda bədbəxt hadisə: - Hovuza düşən azyaşlı xəstəxanada öldü

61 dəfə oxunub
Samuxda bədbəxt hadisə: - Hovuza düşən azyaşlı xəstəxanada öldü

Avqustun 12-də Samux rayonunda hovuza düşərək boğulan uşaq ölüb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, rayonun Sərkar kənd sakini, 2014-cü il təvəllüdlü Həsənli Zeyid həyətlərindəki hovuza düşərək boğulmuşdu.

Hadisədən dərhal sonra özəl xəstəxanalardan birinə yerləşdirilən azyaşlı vəfat edib.

Samux Rayon Prokurorluğu hadisənin təfərrüatlarını araşdırır.



Redaktorun seçimi