“Qara Qarayev”də mühafizəçini döydülər

45 dəfə oxunub
“Qara Qarayev”də mühafizəçini döydülər
Nizami rayonunda 59 yaşlı mühafizə işçisi döyülüb.
 
Hadisə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında baş verib.
 
1960-cı il təvəllüdlü Quliyev İlham Hüseyn oğlu bir neçə tanıdığı şəxslə mübahisə edib.
 
Onlar arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə İ.Quliyev xəsarət alıb.
 
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu qoyulub. Vəziyyətinin stabil olduğu bildirilir.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.



Redaktorun seçimi